Giriş haqqı Kinderland-da mövcud olan yaşa uyğun bütün fəaliyyətlərdən ərazidə olan müştəri sayı və vaxt məhdudiyyəti səbəbi ilə istifadəyə zəmanət vermir.
Fəaliyyətlərdə fərqli iş saatları, yaş limitləri, vaxt və tutum qaydaları ola bilər.
Giriş biletləri tək istifadəlikdir və eyni giriş bileti ilə birdən çox giriş mümkün deyildir.
Kinderland daxilində yemək və içkilər, hədiyyəlik əşya satış nöqtələri olan K-mall, storedən məhsul alışı, foto guşədə face art əlavə xidmət giriş məbləğinə daxil deyildir.
Girişdə həm uşağa, həm də uşağın yanında olan ziyarətçilərə (yetişkin insanlara) qolbaq taxılır.
Qolbaqlar başqa ziyarətçilərə verilməməli, təhlükəsizlik səbəbiylə biləkdən çıxarılmamalıdır.
Çıxış prosesi zamanı yetkinlər müşayiət etdikləri uşaqlarla birlikdə çıxış məntəqəsinə gəlməlidirlər.
6 yaşdan aşağı ziyarətçilər yalnız onları müşayiət edən yetkinlik yaşına çatmış şəxs ilə parka giriş edə bilər.
6 yaşdan aşağı usaqları müşayiət edənlər, usaq park ərazisini tərk edənə qədər park ərazisində qalmalıdırlar.
Giriş edən usaq ziyarətçilər müvəqqəti Kinderlanddan çıxış edə bilməzlər.
Əraziyə giriş yalnız 3-14 yaş aralığında ən az 1 ziyarətçi ilə mümkündür.
Kinderland ərazisinə kənardan yemək, içki, silah və ev heyvanı ilə daxil olmaq qadağandır.
İtmiş və ya oğurlanmış əşyalara görə Kinderland məsuliyyət daşımır.
Giriş zamanı taxılan qolbaqlar itirildiyi və ya zədələndiyi halda həmin şəxsdən müfaviq ödəniş tələb olunur.
Alınan biletlər yalnız müştəri bileti əldə etdikdən sonra heçbir xidmətdən istifadə etmədiyi halda geri qaytarılması mümkündür.
Növbə lentləri arxasında yalnız balaca dostlarımız dayana bilər.Valideynlərin müdaxilə etməməsi xahiş olunur.
Ailə paketi ilə daxil olan ailəyə sonradan qonaq qismində gələn böyüklər üçün giriş ödənişlidir.
Giriş zamanı eyni zamanda iki endirim tətbiq edilə bilməz.
Müqayisəli məqamlarda müştəridən uşaqların yaşı üçün şəxsiyyət vəsiqəsi tələb oluna bilər.
Pulsuz giriş zamanı fərdi məlumatların (şəxsiyyət vəsiqəsi, əlaqə nömrəsi, fin kod) toplanılmasına etiraz etmirəm.